Pandemiya şəraitində qanunu pozmadan 100-dən çox qonaqlı toy etməyin yolunu tapdılar – FOTObackend

İtaliyada gənc cütlük koronavirus məhdudiyyətlərini pozmadan 130 nəfər qonağın dəvət olunduğu təntənəli mərasim keçirməyin maraqlı yolunu tapıblar.

Bu barədə “La Repubblica” xəbər yayıb.

Bildirilir ki, Azolo şəhərindən olan sevgililər ölkədə ilk dəfə drive-in formatında toy həyata keçiriblər. Yüzdən artıq qonaq öz avtomobillərindən çıxmayaraq nikah mərasimində iştirak ediblər.

Gənclər Alp atıcılarının yerli assosiasiyası ilə razılığa gələrək geniş park yeri kirayələyiblər, 56 avtomobil üçün yarımsfera şəklində yerlər hazırlayıblar və onlarla ofisiant tutublar.

Kilsədə nikah mərasimindən sonra qonaqlar avtomobilində bayram tədbirinin təyin olunduğu yerə gəliblər. Burada onları qəlyanaltılar, şərab badələri və alkoqolsuz içkilər gözləyib. Cütlük üçün isə park yerinin ortasında çadır qurulub.

“Biz tədbirin alınmayacağından qorxurduq, amma mərasim çox gözəl keçdi”, – deyə sevgililər sevinclə bildiriblər.//oxu.az

image-1613104823_202309815-66cf6c01-108a-4801-ae7a-5b0c3f56a4cd image-1613104868_image image-1613104823_755109-thumb-full-whatsapp_video_2021_02_08_at_20_ image-1613104797_202041642-2aa99a3b-e48e-4ec2-82f8-6625f450fd87 image-1613104780_202206340-4c16aef5-699c-43ed-96ed-9f6f3e26aa7d image-1613104819_202247401-fd94fe90-36ad-4d3a-9afc-261f578fd6d8 image-1613104823_202309815-66cf6c01-108a-4801-ae7a-5b0c3f56a4cd-1