Parisdə Qəzzaya dəstək nümayişibackend

Fransanın paytaxtı Parisdə Qəzzaya dəstək nümayişi keçirilib.

Qəzzaya hücumların dayandırılması tələbi ilə Respublika Meydanında başlayan nümayiş Millət Meydanında yekunlaşıb.

“Yeni Gundem” xəbər verir ki, etirazçılar Qəzzada atəşkəs tələb ediblər.

Hökumətin və prezident Emmanuel Makronun sionist rejimə dəstəyinə qarşı reaksiya verilib və Paris administrasiyasının cinayətdə şərik olduğu bildirilib.

“Qatil İsrail, Makronun şəriki” yazılmış lövhələr daşıyan nümayişçilər “Bir həll: Boykot və sanksiyalar”, “Fələstinə Azadlıq” və “Bu münaqişə deyil, bu soyqırımdır” kimi şüarlar səsləndiriblər.

Nümayişçilər yağışa məhəl qoymayaraq, oktyabrın 7-dən etibarən Qəzzaya edilən hücumlarda öldürülən fələstinli uşaqların adları yazılmış metr uzunluğunda pankartlar daşıyıblar.

Fələstinə dəstək nümayişləri ölkənin müxtəlif şəhərlərində, o cümlədən Renn, Klermon-Ferran və Tuluzada keçirilib.

Mənbə: İLKHA

Aynur Camal