Park Cinema-da “Toy Tələsi” – VİDEObackend
“Toy Tələsi” filminin qala gecəsi yanvarın 5-də baş tutacaq. Təqdimat Park Cinema-nın “Flame Towers” filialında keçiriləcək.
Filmin ssenari müəllifi Yeganə Kərimzadə, quruluşçu rejissoru və layihə rəhbəri tanınmış kinorejissor Faiq Nağıyev, prodüsseri Gülnarə Məmmədova, rejissoru Xəyalə Meydanova, mətbuat katibi Elnarə Dərziyevadır.
Toy Tələsi” filmi rəsmi dövlət reyestrindən keçib. Azərbaycan film fonduna tragikomediya kimi daxil edilib.
Qeyd edək ki, “Toy tələsi”nin qala gecəsi yanvar ayının 5-də saat 19:00-da Park Cinema “Flame Towers” filialında gerçəkləşəcək.
Təqdimatda gənc müğənni Rəvan canlı ifası ilə sizlərin qarşısında çıxış edəcək.
Musiqili təqdimatda  hamının ağız dadı olan “Ləzzət” Şirniyyat evi kino izləyiciləri üçün foyedə furşet masası  təşkil edəcək.
Təqdimat gecəsinə biletləri əldə etmək üçün www.parkcinema.az saytına keçid edə bilərsiniz.
Xatırladaq ki, komediyasevərlər tammetrajli, 90 dəqiqəlik “Toy Tələsi” bədii filmini yanvarın 5-dən etibarən Park Cinema kinoteatrlar şəbəkəsinin bütün kinoteatrlarında izləyə biləcəksiz.