Parlamentdə Hacıqabul gölünün bərpası üçün komissiya yaradılacaqbackend

Hacıqabul gölünün mövcud vəziyyəti və bərpası istiqamətində işlərin görülməsi üçün Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin üzvlərindən ibarət komissiya yaradılacaq.

“Yeni Gündəm”-in məlumatına görə, bu, parlamentin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin bu gün keçirilən iclasında açıqlanıb.

Bu məsələ komitənin 2021-ci il payız sessiyası üçün İş planına daxil edilib.

Eyni zamanda komitə üzvlərindən ibarət “Azərbaycan Respublikasında bərk məişət tullantılarının idarə edilməsinin təkmilləşdirilməsinə dair 2018-2022-ci illər üçün Milli Strategiya” çərçivəsində Suraxanı poliqonunda tullantıların idarə olunması ilə bağlı tədbirlərin təşkili üçün də komissiya yaradılacaq.