Parlamentdə pensiya yaşı məsələsi qaldırıldıbackend

“Pensiya yaşına 5-6 il qalmış insanların ixtisara salınması qadağan edilməlidir”.

“Yeni Gündəm”-in xəbərinə görə, bunu deputat Qənirə Paşayeva deyib.

Deputat təklif edib ki, ən azı 7 il qalmış insanların ixtisara salınmasının qadağan edilməsi qanunvericiliyə salınmalıdır: “Eyni zamanda Aliment Fondunun yaradılmasını dəstəkləyirik. Alimenti dövlət ödəyə bilər, ancaq sonra bu pulu qarşı tərəfdən məcburi almalıdır. Məhkəmə proseslərində ən çox gözlənilən problem alimentlərin ödənilməsi ilə bağlıdır. Bunun çətinliyini uşaqlar çəkir. Ana təkbaşına bu proseslərin həyata keçirilməsində zəif qalır. Digər bir məsələ bəzi kəndlərdə olan məktəblərin ağır vəziyyəti ilə bağlıdır. Təhsilin millətin həyatında nə qədər vacib olduğunu nəzərə alaraq, bu problemlər ən qısa zamanda həllini tapmalıdır”.