Parlamentin üzvləri İsrailə gedirbackend

Millət vəkilləri İsrailə səfər edəcək.

“Yeni Gundem” xəbər verir ki, Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov, Azərbaycan-İsrail parlamentlərarası əlaqələr üzrə İşçi Qrupunun rəhbəri Anatoli Rəfailov, qrupun üzvləri Arzu Nağıyev, Ağalar Vəliyev, Fatma Yıldırım, Elnur Allahverdiyev, Asim Mollazadə və Rasim Musabəyov martın 28-də Təl-Əvivə səfər edəcəklər.

Bu barədə APA-ya Milli Məclisdən məlumat verilib.

Səfər çərçivəsində deputatlar Azərbaycanın İsraildəki səfirliyinin açılış mərasimində iştirak edəcəklər. Səfər martın 30-da başa çatacaq.

Fərahim Rəhimov