Parlamentlərarası İttifaqının beynəlxalq vebinarı keçirilirbackend

Bu gün Parlamentlərarası İttifaqı tərəfindən “Demokratiya üçün təhlükəsiz kiberməkanın yaradılması” adlı yüksək səviyyəli beynəlxalq vebinar keçirilir. 

“Yeni Gundem” xəbər verir ki,tədbirdə panelist kimi mənimlə birgə Parlamentlərarası İttifaqı baş katibi Martin Çunqon, Avstraliyanın Nümayəndələr Palatasının sədri Milton Dik, Banqladeş Parlamentinin Spikeri Şirin Şarmin, İspaniya Parlamentinin Senatoru Xose Sepeda və İNTERPOL-un vəzifəli şəxsi Tee Vey Xian məruzə ilə çıxış etdilər.
Vebinarda Azərbaycan Respublikasının Milli Məclisin deputatı Kamal Cəfərov “Avropa Şurasının kibercinayətkarlığa qarşı mübarizə üzrə Konvensiyası” və AŞPA-da məruzəçisi olduğu“Budapeşt Konvensiyaya əlavə 2-ci protokol” barədə geniş məlumat verib.
Qeyd edək ki,tədbirin məqsədi də BMT tərəfindən kibercinayətkarlığa qarşı qəbul edilməsi nəzərdə tutulan Konvensiyanın hazırlanması prosesinə töhfə verməkdir.