Hollandiyada ifrat sağçı partiyanın lideri pivə şüşəsi ilə hücuma məruz qalıb.Hollandiyanın ifrat sağçı populist “Demokratiya Forumu” partiyasının lideri Thierry Baudet Hollandiya parlament seçkiləri ərəfəsində hücuma məruz qalıb və başına pivə şüşəsi ilə zərbə endirilib.
“Yeni Gundem” xəbər verir ki, bu barədə Bloomberg məlumat yayıb.
Partiya nümayəndələri aydınlaşdırıblar ki, Bodenin Xroninqen şəhərindəki xəstəxanaya aparıldığı, daha sonra başının arxası və gözünün yaxınlığında şüşə ilə vurulduğu üçün travma cərrahına müraciət edib. “Görünür, hər şey yaxşı olacaq” partiyadan bildirilib.
Qeyd olunur ki, hücum anı videoya çəkilib, sonradan internetdə yayılıb. Hollandiya polisinin sözçüsü Thijs de Jong bildirib ki, hücumda şübhəli bilinən şəxs həbs edilib və onun motivi araşdırılır.
Bodenin müttəfiqləri əlavə ediblər ki, başqa bir şəhərdə seçkiyə iki gün qalmış planlaşdırılan tədbir partiya liderinin sağlamlığı və təhlükəsizliyi səbəbindən ləğv edilib.
Bundan əvvəl oktyabrın sonunda Ukraynaya hərbi yardımı tənqid edən və buna qarşı çıxan Bode Belçikada da hücuma məruz qalmışdı. O, mühazirə oxumalı olduğu Gent Universitetinin girişinin yaxınlığında başından vurulub.
Mənbə: Lenta.Ru
Aynur Camal