Partiyaların fəaliyyəti bu müddətədək dayandırıla bilərbackend

Siyasi partiyaların fəaliyyətinin dayandırılmasına dair yeni tələblər müəyyənləşib.

Bu, “Siyasi partiyalar haqqında” qanun layihəsinin yeni redaksiyasında əksini tapıb.

Qanun layihəsinin yeni redaksiyasına əsasən, Siyasi partiya müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) bu qanuna uyğun olaraq müəyyən etdiyi pozuntuları xəbərdarlıqda göstərilmiş müddətdə aradan qaldırıb bu barədə məlumat vermədikdə, onun fəaliyyəti müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) iddiası əsasında apellyasiya məhkəməsinin qərarı ilə 2 aydan 6 ayadək müddətinə dayandırıla bilər.

Qeyd edək ki, qanun layihəsinin əvvəlki redaksiyasında bu müddət 1 il nəzərdə tutulmuşdu.