Partlayış səsi eşidildi: Xırdalanda nə baş verir? – FOTObackend

Xırdalanda partlayış olub.

“Yeni Gündəm” xəbər verir ki, hadisə AAAF Park Yaşayış Kompleksində qeydə alınıb.

Məlumata görə, kompleksdə məxsus elektrik lövhəsində əvvəlcə tüstülənmə, sonra partlayışla müşahidə edilən yanğın olub.

Qeyd edilir ki, yanğının genişlənməsinin qarşısı alınıb. Yaşayış binalarına elektrik enerjisinin verilişi müvəqqəti dayandırılıb.