Partlayış zamanı 11 nəfər öldü, 144 nəfər yaralandıbackend

Çinin Xubey əyalətinin Şiyan şəhərində partlayış zamanı azı 11 nəfər həlak olub, daha 144 nəfər yaralanıb.

“Yeni Gündəm” xəbər verir ki, bu barədə ölkənin Mərkəzi Televiziyası məlumat yayıb.

Qeyd edilir ki, hadisə Çjanvan rayonunda, yaşayış kompleksində qeydə alınıb. Hadisəyə qaz sızması səbəb olub. Partlayış dalğası 40-a yaxın ticarət köşkünü dağıdıb.