Partlayışın olduğu barın sahibi Ayselə telefon aldıbackend

“Location” gecə klubunda baş verən partlayış səbəbindən məkan sahiblərindən şikayət edən tanınmış bloger Aysel Şükürovaya dəymiş ziyan ödənib.

“Yeni Gündəm” xəbər verir ki, bu barədə bloger özünün sosial şəbəkə hesabında paylaşıb.

O, paylaşımda itirdiyi telefonların və xəstəxana xərclərinin qarşılandığını deyib:

“Bildiyiniz kimi, “Location”da baş veren partlayışda ağır yaralananlardan idim. Telefonlarım partlayışda qalmışdı və heç biri tapılmadı. Xəstəxanada isə vəziyyətim çox ağır idi, dəfələrlə əmaliyyət olmuşdum. Bu haqda da paylaşım etmişdim ki “Location”un rəhbərliyi mənə dəymiş ziyanı ödəmək istəmir. Nə xəstəxana pulumu, nə də telefonlarımın pulunu ödəmirdilər. Daha doğrusu, sonradan xəstəxana pulunu verməyə razı olmuşdular, amma telefonlarımın pulunu vermək istəmirdilər. Mən də hər kəs kimi haqqımı tələb etmək üçün onlardan şikayət etdim. Onlar da bu gün axır ki, həm xəstəxana pulumu verdilər, həm də yeni telefon aldılar. Düzdür, bunlar mənə dəymiş mənəvi ziyanı heç vaxt qarşılaya bilməz, həm psixoloji travmalarım, həm əsəb sistemim, həm içimə qapanmalarım, yaddaşım hamısı üst üstədir… Bunlar ömür boyu mənlə qalacaq, amma bütün əsəblərimi pozduqdan sonra hər şey yenə də mən deyən kimi oldu. Ona görə də hamı haqqın tələb etsin. Və İnşallah, haqq yerini tapsın, əsl günahkarlar cəzasını çəksin! Haqqınızı tələb etməkdən çəkinməyin! Bu arada yenə də hər şeyi mən özüm etdim, tək başına, bu işdə mənə heç kim kömək olmadı. Allah bizi heç kimə möhtac eləməsin”.