Paşinyan “ilin ən uğursuz adamı” seçildi – Siyahıda bu prezidentlər də varbackend

2020-ci il Ermənistanın Baş naziri Nikol Paşinyana düşmədi.
Onun başçılıq etdiyi hökumət Qarabağda sarsıdıcı zərbə aldı. Ağır məğlubiyyət həm də ölkədə siyasi sabitliyi pozdu. İndi ölkənin az qala hər yerində baş nazirin istefasını tələb edirlər.

“Yeni Gündəm” xəbər verir ki, Rusiyanın “İnterfaks” agentliyi Paşinyanı “ilin ən uğusuz adamı” seçib. Siyahıda bir neçə nəfərin adı yer alıb. Sıralamaya məhz Paşinyan başçılıq edir. Əsas arqument kimi onun ölkədə siyasi böhran yaratması göstərilib. “İnterfaks” hesab edir ki, Paşinyan yaxın gələcəkdə siyasi mühacirət yolunu seçəcək, çünki məsuliyyətdən yaxa qurtara biləcəyi inandırıcı görünmür.

Aleksandr Lukaşenko

Uğursuzlar siyahısında İqor Dodonun (Moldova), Aleksandr Lukaşenkonun (Belarus), Emmanuel Makronun (Fransa), Ursula fon der Lyayenin (Avropa İttifaqı), Binyamin Netanyahunun (İsrail) da adına rast gəlmək mümkündür.