“Paşinyan deyib ki, orduda qadınlar çox təmsil olunmalıdırlar”backend

“Ermənistanın Baş naziri Nikol Paşinyan Ermənistan İctimai televiziyasına müharibənin nəticələri ilə bağlı müsahibə verib. O bildirib ki, sovet dövründə qalma hərbi səfərbərlik sistemində islahat aparmaq lazımdır. Bununla yanaşı Paşinyan ordunun texniki imkanlarının artırılması hərbi-sənaye kompleksinin (HSK) inkişaf etdirilməsi zərurətindən danışıb. Eyni zamanda qeyd edib ki, çalışaq lazımdır ki, gələcəkdə orduda qadınlar çox təmsil olunsunlar. Onun qeyd etdiyi hər 3 faktordan 1-ci və 3-cü reallaşdırıla bilən görünür”.

“Yeni Gündəm”-in xəbərinə görə, bunu ekspert Qubad İbadoğlu deyib.

“Hərbi-sənaye kompleksinin yaradılması və inkişafı Ermənistanın hazırkı iqtisadi və texniki imkanları çərçivəsində deyil. Bu ilin sonuna büdcə kəsiri ÜDM-də 10 faizə çata bilər,  kəsirin  maliyyələşdirilməsi yalnız borc vəsaitləri hesabına həyata keçirilə bilərdi, amma hazırkı vəziyyətdə Ermənistanın Rusiyadan başqa ölkədən borc alması da real görünmür, çünki ölkənin ödəmə qabliyyəti də yoxdur. Digər tərəfdən avadanlıq, yeni texnologiyalar və ixtisaslı işçilər sarıdan da Ermənistan korluq çəkir” – Q.İbadoğlu qeyd edib.