Paşinyan: “Dinləmək istəmirsiniz?! Sizdən gözlədiyimiz məhz bu idi…”backend

Ermənistan Parlamentinin iclasında təşkil olunan “Hökumət saatı”nda müxalifət hazırda Ermənistanda baş verən mitinq iştirakçıları adından Nikol Paşinyanın istefasını tələb edib.

“Yeni Gündəm” “News.am”a istinadən xəbər verir ki, bu tələbi Daşnaksütyun partiyasının üzvü, “Ermənistan” müxalifət blokundan olan deputat Armen Rüstəmyan səsləndirib.

Paşinyan öz növbəsində bu tələbə cavab verməyə çalışıdğı zaman müxalif partiyanın üzvləri onu dinləməkdən imtina edərək ayağa qalxıb və iclas zalını tərk etməyə çalışıblar.

“Dinləmək istəmirsiz?! Sizdən gözlədiyimiz məhz bu idi!”, deyə Paşinyan onların ardınca səslənib.