Paşinyan: “Ermənistan heç vaxt İrana qarşı gizli razılaşmada iştirak etməyib və heç vaxt da iştirak etməyəcək”backend

“Ermənistan heç vaxt İrana qarşı gizli razılaşmada iştirak etməyib və heç vaxt da iştirak etməyəcək. Üstəlik, İrəvan üçün Tehranla münasibətlər son dərəcədə vacibdir”.

“Yeni Gündəm” xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan Litvanın erməni icması ilə görüşündə deyib.

Paşinyan tez-tez İran mediasında Ermənistanın bu ölkəyə qarşı gizli anlaşmalarda iştirakına dair xəbərlərə münasibətində İranın maraqlarının Ermənistan üçün çox vacib olduğunu deyib və əlavə edib ki, rəsmi İrəvan heç vaxt İranın maraqlarına xəyanət etməyəcək və rəsmi Tehran bunu çox yaxşı bilir: “Çünki bu münasibətlər bizim üçün son dərəcədə vacibdir və biz heç vaxt 90-cı illərin əvvəlində İranın Ermənistan üçün “həyat yolu” olduğunu unutmayacağıq”.

Onun sözlərinə görə, iki ölkə arasında ikitərəfli münasibətlərin əsasını digər məsələlərlə yanaşı, məhz bu amil təşkil edir. Paşinyan, həmçinin İran Prezidenti İbrahim Rəisinin bu vəzifəyə gəlməsindən sonra qısa müddət ərzində onunla artıq iki dəfə görüşdüyünü xatırladıb. O, bunun İrəvan üçün Tehranla əlaqələrin nə dərəcədə vacib olduğunu nümayiş etdirən fakt olduğunu hesab edir.

Bununla yanaşı, Paşinyan vurğulayıb ki, hazırda Ermənistan-İran arasındakı iqtisadi əlaqələr sanksiyalar səbəbindən müəyyən maneələrlə üzləşir. Lakin Ermənistanın İranla birgə böyük layihələri var. İran Prezidenti ilə görüşdə bu layihələrin icrasını sürətləndirməyi təklif edib.