Paşinyan Gürcüstandadırbackend

Ermənistanın Baş naziri Nikol Paşinyanın Gürcüstana rəsmi səfəri başlayıb.

“Yeni Gündəm” xəbər verir ki, o, ikigünlük səfər çərçivəsində gürcü həmkarı İrakli Qaribaşvili ilə təkbətək və nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə görüş keçirəcək.

Hökumət başçıları daha sonra mətbuat nümayəndələri qarşısında birgə bəyanatla çıxış edəcəklər.

Ermənistan Baş nazirinin Gürcüstan Prezidenti Salome Zurabişvili ilə də görüşü planlaşdırılıb.