“Paşinyan” həbs edildi – VİDEObackend
Ermənistanın paytaxt şəhəri İrəvanda etiraz aksiyaları səngimək bilmir.
“Yeni Gündəm” xəbər verir ki, bu gün səhər saatlarında etibarən  “Azadlıq Hərəkatı”nın bir neçə üzvü hökumət binasının qarşısında baş nazir Nikol Paşinyanın maskasını  üzlərinə  taxaraq, polislərdən onları həbs etmələrini tələb ediblər.

“Məni həbs edin” qışqıraraq  Respublika meydanına qaçan müxalifət nümayəndələri Ara Zohrabyan və Vaaqn Çaxalyan polis tərəfindən saxlanılıb.  Onlar  üzlərindəki “Paşinyan” maskası ilə polis  şöbəsinə aparılıb. (Unikal)