Ermənistanın baş naziri hərbçiləri xəyanətdə ittiham edib.
“Yeni Gundem” xəbər verir ki, Paşinyan Ermənistanda “döyüşlər zamanı mövqeləri təslim etmək əmri verən, panika yaradan və s.” yüksək rütbəli hərbçilərə qarşı cinayət işlərinin olduğunu deyib və qeyd edib ki, onlar faktları təqdim edərkən günahlarını etiraf edirlər, lakin danışmırlar.
“Heç bir de-yure dəyəri olmayan ekspert rəyimi soruşsanız, o zaman daha yüksək səslə açıqlamalar verəcəm. Məsələn, məncə, bəlkə onlar başqa ölkələrin agentləridir? İşə götürülmüş agentlər? Bu bəyanat deyil, mənim məntiqi nəticəsimdir. O, yuxarıdan əmr almalı idi, mən belə bir əmr verməmişəm, ona görə də onun başqa bir “yuxarı” var, oradan da sifariş alıb”,-deyə o qeyd edib.