Paşinyan “hücum” xəbərini verdi – NƏLƏR YAŞANACAQ?backend

“Paşinyan BMT Baş Assambleyasında çıxışı zamanı iddia edib ki, “Azərbaycandan yeni təcavüz təhlükəsi var”. Bu, Şərq İqtisadi Forumunda etdiyi “alibi qazanmaq” gedişinin təkrarıdır”.

”Yeni Gundem” xəbər verir ki, bunu politoloq Asif Nərimanlı bildirib. O, baş nazirin bu açıqlamalarını siyasi oyun kimi dəyərləndirib:

“Erməni baş nazir Vladivostokda iddia etdi ki, “Azərbaycan Ukrayna müharibəsindən istifadə edərək, hücum edəcək”. Ardınca 12 sentyabr təxribatı ilə Azərbaycanı “hücum edən” tərəf kimi göstərmək və bölgədəki sülh gündəliyini arxa plana keçirmək ssenarisini oynadılar.

İndi BMT tribunasından Azərbaycanın “yeni hücumu” haqda xəbərdarlıq edir, paralel olaraq, sərhəddə erməni diversiya qrupunun sızma təxribatı da daxil olmaqla hücumlar intensivləşir.

Bu təxribatların məhz indi – Paşinyanın Nyu-Yorkda olduğu vaxt intensivləşməsi də “mən ölkədə olmadığım vaxt Azərbaycan hücum etdi” rəyinin dünyaya sırınmasına hesablanıb.

Təxribatların daha da şiddətlənəcəyi istisna deyil. Ermənistan Azərbaycanı beynəlxalq ictimaiyyətdə “təcavüzkar” kimi təqdim etmək və üçtərəfli razılaşmaların icrasını arxa plana keçirmək ssenarisini davam etdirir”.  //gundem.az