Paşinyan istefa verir?backend

Ermənistan hökumət aparatı Baş nazir Nikol Paşimyanın istefasına dair yayılan məlumatlara aydınlıq gətirib.

Ermənistan hökumət aparatı rəhbərinin müavini Taron Çaxoyan Paşinyanın istefa xəbərlərini təkzib edib.

O qeyd edib ki, Baş nazirin istefasına dair şayiəni yayanlar qulaqlarının dibini görərlər.

Taron Çaxoyan diqqətə çatdırıb ki, Ermənistan vətəndaşları öz seçimlərini bir il əvvəl ediblər. O bildirib ki, ki, hər il Baş nazirin istefasını istəyərək, növbədənkənar seçkilər keçirilməsini tələb etmək absurddur.