Paşinyan kef məclisi qurdu – VİDEOSU yayıldıbackend
Sosial şəbəkələrin erməni seqmentində baş nazir Nikol Paşinyanın ətrafı ilə birlikdə ritmik estrada musiqisi sədaları altında rəqs etməsini əks etdirən yeni video yayılıb.
“Yeni Gündəm” xəbər verir kii, erməni bloqer Amazasp Arustamyan videonu paylaşaraq yazıb: “Baxın, Paşinyanla ətrafı şən musiqinin sədaları altında rəqs edirlər. Sanki ölkəmizin və millətimizin tarixində bu biabırçı il olmayıb.
Əslində, Paşinyan yenə sevinməsin ki… Qarabağlı ermənilərin yaşadıqları yerlərin 25 faizi qalıb, Sünikin (Zəngəzurun, – red.) təhlükəsizliyi sıfır səviyyəsində, Ermənistanın suvereniteti qalmayıb. Bəs deyincə əylənmək olar. Amma… Paşinyan unutmasın ki, belə əyləncənin pis sonu olur”.