Paşinyan Laçın dəhlizindən keçərək Xankəndiyə gəlirbackend

“Ermənistan Baş naziri Nikol Paşinyan cari ilin iyul ayının 20 – də növbədənkənar seçkilərdə öz reyitnqini gücləndirmək üçün Rusiya sülhməramlı qüvvələrinin məsuliyyət zonasında olan Laçın dəhlizindən keçib Xankəndiyə gələ bilər”.

Bu barədə politoloq Məhəmməd Əsədullazadə fikir bildirib.  Politoloq qeyd edib ki, bu risklidir və səfərə rəsmi Bakının sərt reaksiyası mümkündür: “Paşinyan seçki qabağı Bakının razılığını alamağa çalışacaq. Amma, nə olursa-olsun, Paşinyanın Qarabağa gəlməyinə qəti icazə verilməməlidir. Paşinyan hakimiyyətdə qalacaqsa, o zaman Qarabağdakı ermənilərlə bağlı Ermənistanın fəaliyyətini sıfıra endirəcək”.