Paşinyan Laçın yolunun açılması ilə bağlı Rusiyadan “yol xəritəsi” tələb edirbackend

Rusiya sülhməramlı kontingenti Laçın yolundakı situasiya ilə bağlı müfəssəl açıqlama ilə çıxış etməlidir.

“Yeni Gundem” xəbər verir ki, bu barədə Ermənistan Baş naziri Nikol Paşinyan hökumətin iclasında deyib.

Paşinyan hesab edir ki, Rusiya obyektiv, yaxud subyektiv səbəblərdən Qarabağda təhlükəsizliyi təmin edə bilmirsə, BMT Təhlükəsizlik Şurasında sülhməramlı kontingentin BMT mandatı alması və ya bölgəyə əlavə çoxmillətli sülhməramlı kontingentin göndərilməsi üçün məsələ qaldırmalıdır.

APA