Paşinyan mitinqin belə nəticəsini gözləmirdi – Qraparakbackend

Baş Qərargahın bəyanatından dərhal sonra Ermənistan baş naziri həyəcan elan edərək, yaxın tərəfdaşlarını – Ararat Mirzoyanı, Alen Simonyanı, Ruben Rubinyanı, Vaaqn Ovakimyanı və digərlərini çağıraraq, əgər ölkədə situasiya gərginləşərsə, ölkədə komendant saatının elan edilməsi üçün layihə hazırlanmasını tələb edib.

Bu məlumatı “Qraparak” qəzeti yayıb. Məlumata görə, Mirzoyan görüşdən narazı şəkildə ayrılıb və maraqlıdır ki, məhz buna görə o, mitinq tribunasında olmayıb:

“Paşinyan sonradan bütün nazirlər, qubernatorları mitinqə gətirməyi əmr edib. Biz məlumat əldə etmişik ki, mitinqdə Xaçatur Sukiasyan, Samvel Aleksanyan kimi oliqarxlar da iştirak edib. Üstəlik, Artik meri mitinqə bir neçə avtobus adam gətirib.

Nəticələr hakim komandanı qane edib. Günün sonun onlarda qələbə əhval-ruhiyyəsi olub, ona görə ki, onlar özləri belə meydana bu qədər cəlb edə biləcəklərini gözləməyiblər”.axar.az