Paşinyan niyə müharibə başlayandan 1 ay sonra Putinə məktub ünvanladı? – RƏSMİ AÇIQLAMAbackend

Ermənistan baş nazirinin müavini Mqer Qriqoryan jurnalistlərin Ermənistanın Qarabağda hərbi əməliyyatların başlamasından bir ay sonra hərbi yardım üçün Rusiyaya müraciət etməsi ilə bağlı sualını cavablandırıb.

“Yeni Gündəm” xəbər verir ki, Qriqoryan mövcud vəziyyət nəzərə alınaraq Rusiyaya müraciət etmək barədə qərar verildiyini bildirib.

“Azərbaycan qoşunlarının yerləşdirilməsi Ermənistan üçün təhlükə yaratdı, beləliklə belə bir qərar verildi”, – baş nazirin müavini deyib.

Вице-премьер Армении Мгер Григорян на заседании правительства (8 июня 2018). Еревaн

O, Ermənistan baş nazirinin yüksək rütbəli hərbi heyətlə məsləhətləşmələrdən sonra Rusiya Prezidenti Vladimir Putinə müraciət məktubu ünvanlaması barədə məlumatı təsdiqləyib.

Qeyd edək ki, 31 oktyabrda Ermənistan baş naziri Nikol Paşinyan Rusiya Prezidenti Vladimir Putinə məktub göndərmiş və bu məktubda Rusiya və Ermənistan arasında “Dostluq, Əməkdaşlıq və Qarşılıqlı Yardım Müqaviləsi”nin ikinci bəndinə əsasən, təcili olaraq Ermənistana yardım göstərilməsinə dair məsləhətləşmələrə başlamağı xahiş etmişdi. V.Putin isə məktuba cavab yazmamışdı. Əvəzində Rusiya Xarici İşlər Nazirliyi rəsmi internet səhifəsində ümumi məzmunlu bəyanat dərc etmişdi.

Xatırladaq ki, Rusiya Federasiyası ilə Ermənistan Respublikası arasındakı Dostluq, Əməkdaşlıq və Qarşılıqlı Yardım Müqaviləsinin ikinci maddəsi tərəflərin suverenliyi, ərazi bütövlüyünün qorunması və Rusiya Federasiyası ilə Ermənistan Respublikasının təhlükəsizliyinin təmin edilməsi istiqamətində bir-biri ilə sıx qarşılıqlı əlaqədə olacağını ehtiva edir.