Paşinyan Putinə buna görə iki dəfə zəng edib – Detallarbackend

Ermənistan Baş naziri Nikol Paşinyanın Rusiya Prezidenti Vladimir Putinə bir saatda 2 dəfə zəng vurmasının detalları məlum olub.

“Yeni Gündəm” xəbər verir ki, bu barədə “Hürriyət” yazıb. Məlumata görə, Kəlbəcərdəki qızıl yataqları ilə bağlı Ermənistanda yaranan böhrandan narahat olan Paşinyan Putinə 2 dəfə ardıcıl zəng vurmaq məcburiyyətində qalıb. Onun Vladimir Putindən 10 noyabr tarixli üçtərəfli razılaşmaya yenidən baxılmasını xahiş etdiyi bildirilib.

Qeyd edək ki, Ermənistan hökuməti telefon danışığı ilə bağlı yaydığı açıqlamada üçtərəfli sazişin müzakirə edildiyini və sərhədlərin düzgün çəkilməsi, Laçın dəhlizindəki vəziyyət, sülhməramlıların fəaliyyəti və girovların dəyişdirilməsi kimi məsələlərə toxunulduğu bildirilmişdi.Axar.az