Paşinyan Putinə zəng etdibackend

Bu gün Ermənistan Respublikasının Baş Naziri Nikol Paşinyan Rusiya Federasiyasının Prezidenti Vladimir Putinə telefonla zəng edib.

“Yeni Gundem” xəbər verir ki, bu barədə Kremlin Mətbuat xidməti məlumat yayıb.

Tərəflər Rusiya, Ermənistan və Azərbaycan liderlərinin razılaşmalarının həyata keçirilməsini, o cümlədən Ermənistan-Azərbaycan sərhədində sabitliyin və təhlükəsizliyin təmin edilməsi, regionda iqtisadi və nəqliyyat əlaqələrinin bərpası və Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin hazırlanması üzrə addımları müzakirə ediblər.

Putin Paşinyanla, həmçinin Qarabağla bağlı bütün məsələlərin konstruktiv şəkildə, tərəflərin Rusiya sülhməramlıları ilə sıx təmasda həll edilməsinin zəruriliyini müzakirə edib.

Fərahim Rəhimov