Paşinyan Qarabağa gəlirbackend

Ermənistanın baş naziri Nikol Paşinyan işğal altında olan Azərbaycan ərazilərinə gəlir.

Virtualaz.org bildirir ki, bu barədə news.am saytı xəbər yayıb.

Qeyd olunur ki, Paşinyan “Facebook” səhifəsində canlı yayımda deyib: “Proqramımıza uyğun olaraq, biz Dağlıq Qarabağa getməliyik”.

Qeyd edək ki, erməni KİV-i bundan əvvəl Ermənistanın müdafiə naziri David Tonoyanın da Qarabağa olduğu barədə məlumat yaymışdı. Bildirilirdi ki, D.Tonoyan Qarabağda dislokasiya olunan qanunsuz “hərbi birləşmə”nin komandiri Calal Harutyunyan və Ermənistan Müdafiə Nazirliyinin hərbi polis rəisi Aşot Zakaryanla birgə görüş keçirib.