Paşinyan Qarabağın Azərbaycana aid olduğunu ETİRAF ETDİbackend

Ermənistanın baş naziri Nikol Paşinyan feysbuk hesabından Dağlıq Qarabağ münaqişəsi ilə bağlı açıqlama yayıb.

“Yeni Gündəm” xəbər verir ki, Paşinyan “Bu müharibədən qaça bilərdikmi? Bəli, əraziləri təhvil versəydik və gələcəkdə bölgənin statusunun qeyri-müəyyən müddətə qədər uzanmasına razı olsaydıq, münaqişədən qaça bilərdik” ifadələrini işlədib.

Ermənistan baş nazirinin “əraziləri təhvil versəydik” ifadəsini işlətməsi Dağlıq Qarabağın Azərbaycan Respublikasına aid olduğunu öz dili ilə ifadə etməsi kimi şərh olunur.

Qeyd edək ki, bu ilin fevralın 15-də Münhen Təhlükəsizlik Konfransı çərçivəsində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə Ermənistan Respublikasının baş naziri Nikol Paşinyan arasında Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı panel müzakirələri keçirilmişdi. N.Paşinyan həmin debatda “yanlışlıqla” “Dağlıq Qarabağ Azərbaycanın bir hissəsidir” ifadəsini işlətmişdi.