Paşinyan Soçi görüşündən sonra İrana niyə getdi? – Politoloqdan AÇIQLAMAbackend

Xəbər verdiyimiz kimi noyabrın 1-də Ermənistan Respublikasının Baş Naziri Nikol Paşinyan İran İslam Respublikasına səfər edib. Maraqlısı odur ki Paşinyanın İrana səfəri Soçidə keçirilmiş üçtərəfli görüşdən dərhal sonra baş tutub.

Hamıya maraqlı olanda elə budur. Paşinyan Soçi görüşündən dərhal sonra niyə İrana getdi.

Bununla bağlı “Yeni Gundem”-ə açıqlama verən Politoloq İlyas Hüseynov sualımıza tarixi və faktiki dəlilləri göstərərək  belə cavab verdi.

“Azərbaycan, Ermənistan və Rusiya liderləri arasında Soçidə gərgin görüş həyata keçirildikdən sonra Ermənistanın baş naziri Nikol Paşinyan dərhal İrana səfər etdi və bu səfər həm də anti Azərbaycan antitürk xarakteri daşıyır. İran dəfələrlə Ermənistanla münasibətlərin inkişaf etdirilməsi istiqamətində çıxış etmişdir və nəinki hazırkı Ermənistan hakimiyyəti dövründə qaniçən və cəllad Robert Koçaryan və Serj Sarkisyan dövründə də İranla Ermənistan arasında yaxın və sıx münasibətlər müşahidə olunmuşdur və bu da təbii ki, Azərbaycanı ciddi şəkildə narahat edirdi.Nəzərə almaq lazımdır ki, İranda dövlət idarəçiliyi İslam fundamentalizmi üzərində həyata keçirilir və Azərbaycan da müsəlman dövlətidir. Baxmayaraq ki, bizdə din dövlətdən ayrıdır. İstənilən halda İran daha çox Azərbaycanla əlaqələr qurmaq əvəzinə Ermənistanı himayə etməyi üstün hesab etmişdir. Və yanlış bir yanaşma vardır ki, sanki Azərbaycan güclənsə bu Cənubi Azərbaycanda olan soydaşlarımızın müstəqillik tələb etməsi kimi qiymətləndiriləcək.

Lakin bu gün İranda ictimai siyasi vəziyyət kifayət qədər gərgindir. Bütün əhali ayağa qalxıb hakimiyyətin tələb eliyirlər və hazırkı idarəçiliklə razılıqlarını bildirmirlər onlara qarşı çıxırlar. Ona görə də bu gün İran Ermənistan yanaşması həm də İrəvanın İrandan hərbi texnika almaq yönündədir və bu isə açıq şəkildə bizim ərazi bütövlüyümüzə və milli təhlükəsizliyimizə bir təhlükə kimi görünür. Çünki pilotsuz uçuş aparatlarının Ermənistana verilməsi regional təhlükəsizlik üçün böyük təhdid formalaşdırır. Bu baxımdan Azərbaycan da öz təhlükəsizlik tədbirlərini gücləndirməlidir və hər hansısa neqativ pozucu ünsürlər məhv edilməlidir.

Düşünürəm ki, Azərbaycanın xüsusi xidmət orqanları çox operativ və çevik işləyirlər, ayıq sayıqdırlar və istənilən formada ölkəmizin təhlükəsizliyi ilə bağlı elementi aradan qaldırırlar və bu işdə də onlara uğurlar arzulayırıq. Düşünürəm ki, İran Ermənistan yaxınlaşması və paşinyanın İrana səfəri bölgənin təhlükəsizliyinə həm də böyük təhlükədir və bu cür yaxınlaşmaları həm də diqqətlə izləmək və onun nəticələrini təhlil etmək lazımdır.”

Fərahim RƏHİMOV

Yenigundem.az