Paşinyan Soçiyə uçmazdan öncə belə dedi: “Qarabağ Azərbaycanındır, barışmalıyıq…”backend

“Dünən Sünikin (Zəngəzur) meri ilə görüşdə Nikol Paşinyan təkcə dəhliz barəsində danışmayıb, eyni zamanda “Arsax” barədə sensasiyalı bəyanat verib”.

“Yeni Gündəm” xəbər verir ki, bunu Ermənistanın “Hraparak” qəzeti yazıb.

“Qarabağ Azərbaycanındır. Bizi 30 ildir aldadıblar, sonu belə olmalı idi, oldu da. Biz yolları bağlaya bilmərik. Zəngəzurdan Azərbaycanla Naxçıvanı birləşdirən yolu verməyə bilmərik. Çünki Əliyev buna hərbi vasitələrlə nail olmağa çalışacaq. Bizim buna müqavimət göstərmək üçün resurslarımız yoxdur” deyə Paşinyan bildirib.