Paşinyan sülhməramlıları öz öhdəliklərini yerinə yetirməməkdə ittiham edibbackend

Ermənistanın baş naziri Nikol Paşinyan bildirib ki, Rusiya sülhməramlı kontingenti 9 noyabr 2020-ci il tarixli sazişlər üzrə öz funksiyalarını yerinə yetirmir .

“Yeni Gundem” xəbər veri ki, O, regiondakı böhranın hələ də həll olunmadığını və Azərbaycanın Dağlıq Qarabağdakı fəaliyyəti nəticəsində gərgin humanitar vəziyyətin yarandığını bildirib. O vurğulayıb ki, imzalanmış üçtərəfli sazişə əsasən, Rusiya sülhməramlılarının nəzarətində olan Laçın dəhlizi maneəsiz hərəkət üçün açıq olmalıdır.
Paşinyan Azərbaycanı Laçın yolunu bağlamaqda ittiham edib.

“Rusiya sülhməramlı missiyası Laçın dəhlizinə nəzarət üzrə öhdəliklərini yerinə yetirmir”. Ermənistanın baş naziri bildirib.

O, Rusiya sülhməramlılarının mövcudluğunun əsas mənasının “qanunsuz hərəkətlərə yol verməmək” və Laçın dəhlizini nəzarətdə saxlamaq olduğunu vurğulayıb.

Ellada