Paşinyan və ailəsi koronavirusa yoluxdu — SON DƏQİQƏbackend

Ermənistanın baş naziri Nikol Paşinyana koronavirus diaqnozu qoyulub.

“Yeni Gündəm” Report-a istinadən xəbər verir ki, bunu hökumət başçısı özünün “Facebook” səhifəsində canlı yayımda bildirib.

“İqamətgahdan işləyəcəyəm. Məndə rabitə üçün bütün şərait və vasitələr var. Nə qədər mümkün olarsa, o qədər də çalışacağam”, – baş nazir deyib.

N.Paşinyandan başqa, onun bütün ailə üzvləri də koronavirusa yoluxub: “Görünür, ailə üzvləri məhz məndən yoluxublar”.

Qeyd edək ki, N.Paşinyan koronavirusa doğum günündə yoluxub. Bu gün onun 45 yaşı tamam olur.

Mayın 31-nə olan məlumata görə, Ermənistanda indiyədək 9 282 nəfərə COVID-19 diaqnozu qoyulub. Onlardan 3 386 nəfər sağalsa da, 131 nəfər ölüb.