Paşinyan Zohrabyanı bu şuradan da uzaqlaşdırdıbackend

Ermənistanın Baş naziri Nikol Paşinyan Korrupsiyaya Qarşı Mübarizə Siyasəti Şurasının tərkibində dəyişiklik edib.

“Yeni Gündəm” xəbər verir ki, bu barədə Ermənistan hökumətinin mətbuat xidməti məlumat yayıb.

Qərar hökumətdəki kadr dəyişikliyi, habelə insan hüquqları və ictimai işlər üzrə parlament komissiyasının rəhbərinin dəyişməsi ilə əlaqədardır.

mitsubishi-motors.az

Daha ətraflı
Yeni qərara əsasən, bu vəzifəyə Eduard Ağanyanyanın əvəzinə, baş nazirin ofisinin rəhbəri Arsen Torosyan gətirilib.

Kassasiya Məhkəməsinin keçmiş rəhbəri Yervand Xundkaryanın yerinə isə xələfi Lilit Tadevosyan gətirilib.

Bundan əlavə, qərara əsasən, müxalif “Çiçəklənən Ermənistan” parlament fraksiyasının deputatı Naira Zohrabyan şuradan xaric edilib. Zohrabyan daha əvvəl parlamentin insan haqları komissiyasının rəhbəri vəzifəsindən uzaqlaşdırılıb. O, tez-tez Paşinyanın əleyhinə səsləndirdiyi tənqidi fikirlərlə gündəmə gəlir.

Qeyd edək ki, Ermənistanda hökumət başçısı yanında Korrupsiyaya Qarşı Mübarizə Siyasəti Şurası 2019-cu ildə yaradılıb.