Paşinyana sui-qəsd hazırlanıbbackend

Ermənistan Milli Təhlükəsizlik Xidmətinin keçmiş başçısı Artur Vanetsyan hakimiyyəti qəsb etmək və Baş nazir Nikol Paşinyana sui-qəsd hazırlanmasında şübhəli bilinərək saxlanılıb.

“Yeni Gündəm”-in məlumatına görə, bu barədə onun vəkili Lusine Saakyan öz “Facebook” səhifəsində yazıb.

Vəkil bildirib ki, bu gün Artur Vanetsyan Milli Təhlükəsizlik Xidmətinin İstintaq İdarəsinə dəvət edilərək saxlanılıb.