Paşinyandan ŞOK AÇIQLAMA: “20-30 min hərbçimiz mühasirəyə alınacaqdı”backend

“Əziz erməni xalqı, bu ortaq bir bəyanatdır, razılaşma və ya müqavilə deyil. Birgə bəyanat imzalamaqda məqsədim var idi, imzalamasaydım Xankəndi ələ keçiriləcəkdi və 20-30 min hərbçimiz mühasirəyə alınacaqdı. Qərarı bir neçə saat ərzində verməli idim”.

“Yeni Gündəm” xəbər verir ki, bunu Nikol Paşinyan Ermənistanın İctimai televiziyasına müsahibəsində deyib.

O bildirib ki, bu addımı ataraq Xankəndi ətrafındakı hərbçiləri qoruyub:

“Bu sənəd müharibəni bitirmək üçün bir sənəddir. Bu, münaqişənin siyasi həlli üçün sənəd deyil. Bu sənədi cırıb ata bilərik, amma bunun nəticələri barədə düşünməliyik. Bu sənəddən imtina etmək üçün bizə heç bir yol qalmayıb. Məsələyə realist yanaşmaq məcburiyyətindəyik”.

“Əlbəttə ki, bundan əvvəl tədarük problemləri var idi, amma biz onları həll etməyə çalışdıq. Döyüş meydanında geriləmələr başlayanda vəzifəmiz müharibədə dönüş nöqtəsi gətirmək idi. Şuşanın süqutundan sonra bu vəzifənin qeyri-mümkün olduğunu müəyyənləşdirdik”, – deyə Paşinyan etiraf edib.