Paşinyandan sülh sazişi açıqlaması: İlin sonuna kimi…backend

Biz hər şeyi edəcəyik ki, ilin sonuna qədər Ermənistanla Azərbaycan arasında sülh müqaviləsi imzalansın.

“Yeni Gundem” xəbər verir ki, bunu Ermənistan Baş naziri Nikol Paşinyan Ermənistanın İctimai Televiziyasına müsahibəsində deyib.

“Sülh sazişi ilə bağlı bir neçə variant mövcuddur: məsələn, ümumi münasibətləri əks etdirən çərçivə sazişi imzalamaq… Əgər bu variant Azərbaycan üçün məqbuldursa, biz bu yolla gedəcəyik. Bildirmək istərdim ki, sülh sazişi qüvvəyə minənə kimi sərhədlərin demarkasiya və delimitasiyası baş tutmalıdır”, – deyə baş nazir bildirib.