“Paşinyanın beynini dolduranlardan biri də silahlarla poz verən arvadı Anna Akopyandır”backend

TÜRKSAM rəhbəri, məşhur politoloq Sinan Oğan Ermənistanın cəbhə xəttində törətdiyi təxribatlara özünəməxsus reaksiya verib.

Bu barədə  o, “Twitter” hesabında yazıb.

“Ermənistanın Baş naziri Nikol Paşinyanın beynini çox pis doldurublar. Rusiya ilə yanaşı Paşinyanın beynini dolduranlardan biri də müharibəni “Instagram pozu” zənn edən, mülki şəxslərdən 100 min nəfərlik ordu quracağını söyləyən, hərbi geyim və silahlarla poz verən arvadı Anna Akopyandır”, – deyə Sinan Oğan bildirib.

Qeyd edək ki, Sinan Oğanın paylaşımına türkiyəli “Twitter” istifadəçiləri böyük maraq göstərib. Azərbaycan xalqına və ordumuza çoxsaylı dəstək mesajları yazılıb.