Ermənistan parlamenti və hökumət binasının qarşısında etiraz aksiyaları keçirilir.
“Yeni Gundem” xəbər verir ki, buna səbəb Ermənistanın baş naziri Nikol Paşinyanın Milli Assambleyada verdiyi açıqlamalar olub.
O bu barədə rəsmi “Facebook” səhifəsində yazıb.
Parlament binasının yaxınlığında keçirilən aksiya zamanı vətəndaşlar Baqramyan prospektini bağlayıb, nəqliyyatın hərəkəti dayandırılıb.
İrəvanda etirazçılar Ermənistan parlamentinin qapısını sındırmağa cəhd ediblər.
Öz növbəsində, polis fəallardan yolu açmağı tələb edir.
APA