Paşinyanın istefası ilə bağlı yayılan xəbərlərə rəsmi münasibət bildirildibackend

Ermənistanın Nazirlər Kabineti Baş nazir Nikol Paşinyanın guya dekabrın 31-də istefa verəcəyinə dair mediada yayılan xəbərlərə münasibət bildirib.

“Yeni Gündəm” “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, Ermənistan hökumət yayılan xəbərləri təkzib edib.

Qeyd edək ki, Ermənistan mediasında N. Paşinyanın dekabrın 31-də istefa verəcəyini açıqlayacağına dair xəbərlər yayılıb. Bildirilib ki, Baş nazir istefa qərarını Yeni il bayramı ilə bağlı müraciətində açıqlayacaq