Paşinyanın müavini Toyvo Klaarla regiondakı vəziyyəti müzakirə etdibackend

Ermənistan Baş nazirinin müavini Mqer Qriqoryan Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toyvo Klaarla görüşüb.

“Yeni Gündəm” xəbər verir ki, görüşdə Aİ-nin Ermənistandakı Nümayəndəliyinin rəhbəri Andrea Viktorin də iştirak edib.

Görüş zamanı tərəflər regional prosesləri müzakirə edib.

Bundan öncə, Klaar Baş nazir Nikol Paşinyan və Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanla da görüşüb.

APA