Paşinyanın oğlunu oğurlamağa cəhd edən qadın məhkəmə zalından azadlığa buraxıldıbackend

Ermənistanın Baş naziri Nikol Paşinyanın oğlu Aşot Akopyanı oğurlamaqda şübhəli bilinən Qayane Akopyan məhkəmə zalından azadlığa buraxılıb.

“Yeni Gundem” xəbər verir ki, bu barədə Ermənistan mətbuatı məlumat yayıb.

Bildirilib ki, məhkəmənin qərarı ilə Qayane Akopyan təqsirli bilinərək 3 il şərti cəza alıb. Ancaq cəzanın 1 ili sınaq müddəti olacaq.

Xatırladaq ki, ötən ay Nikol Paşinyanın oğlu Aşot Paşinyanı qaçırmağa cəhd ediblər. Oğurluqda iştirak edənlər Aşot Paşinyanı öz avtomobillərinə minməyə məcbur ediblər, lakin Aşot Paşinyan maşından düşə bilib. Onları izləyən eyni qruplaşmanın digər üzvləri avtomobil ilə Aşotu vuraraq hadisə yerində qaçıblar. Baş nazirin oğlu ayağından xəsarət alıb.