Paşinyanın xanımı geyiminə görə təhqir olundu – Fotolarbackend

Ermənistan Baş Nazirinin xanımı Anna Akopyanın bütün ermənilərin katolikosu II Qareginlə Cenevrədə çəkdirdiyi foto günlərdir ki, çoxsaylı söhbətlərin və müzakirələrin mərkəzindədir.

“Yeni Gundem”in “armanpress”ə istinadən verdiyi xəbərə görə, buna səbəb Akopyanın Cenevrədəki İsveçrə Qırmızı Xaçının illik xeyriyyə gecəsində patriarx və digər din xadimlərinin yanında çiyin və ayaq hissəsi açıq olan uzun libasda əyləşməsi olub.

Məhz bu səbəbdən bu cür geyim patriarxla görüşmək üçün əlverişsiz kimi qəbul edilib. Sosial şəbəkə istifadəçiləri Nikol Paşinyanın xanımının ünvanına tənqidlər səsləndirib, onu açıq şəkildə təhqir ediblər.