“Patı” satan şəxs saxlanıldıbackend

Hacıqabul rayonunda “patı” satan şəxs saxlanılıb.

DİN-in Mətbuat xidmətinin Şirvan regional qrupundan “Yeni Gündəm”-ə verilən məlumata görə, Hacıqabul Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində narkotik maddələri qanunsuz dövriyyəsi ilə məşğul olan rayon sakini, 51 yaşlı İsmayıl İsmayılov saxlanılıb.

Onun üzərinə keçirilən baxış zamanı narkotik maddə olan metamfetamin aşkar edilərək götürülüb.

Faktla bağlı cinayət işi açılıb, araşdırmalar aparılır.