Patriarx Kirill Prezident İlham Əliyevi doğum günü münasibətilə təbrik etdibackend

Moskvanın və Bütün Rusiyanın Patriarxı Kirill Prezident İlham Əliyevə doğum günü münasibətilə təbrik məktubu ünvanlayıb.

“Yeni Gundem” xəbər verir ki, təbrikdə deyilir:

“Zati-aliləri, möhtərəm İlham Heydər oğlu.

Doğum gününüz münasibətilə səmimi təbriklərimi qəbul edin.

Siz dövlət başçısı vəzifəsində çalışdığınız illər ərzində Azərbaycanın sosial-iqtisadi inkişafı və onun vətəndaşlarının rifahı üçün çox iş görmüsünüz. Ölkədə dinlərarası dialoqun dəstəklənməsinə, milli və mədəni müxtəlifliyin qorunub saxlanmasına yönələn səylərinizi də qeyd etmək istərdim.

Azərbaycan Respublikasının dövlət hakimiyyəti orqanlarının Rus Pravoslav Kilsəsinin Bakı Yeparxiyası ilə qarşılıqlı əlaqələrinin möhkəmlənməsinə verdiyiniz töhfəyə görə Sizə minnətdaram. Ümidvaram ki, bu cür əməkdaşlıq müasirlərimizin həyatında yüksək əxlaqi idealların təsdiqlənməsinə, gənclərin vətənpərvərlik ruhunda tərbiyəsinə, sülhün və ictimai həmrəyliyin dəstəklənməsinə bundan sonra da kömək edəcək.

Sizə möhkəm cansağlığı və ruh yüksəkliyi, Uca Yaradanın köməyini, doğma ölkənizin və həmvətənlərinizin rifahı naminə ali dövləti fəaliyyətinizdə uğurlar arzulayıram”.