“Patriot”un məhv edilməsi Putin üçün siyasi əhəmiyyət kəsb edirbackend

“Patriot” hava hücumundan müdafiə sisteminin Ukraynada məhv edilməsi Rusiya Prezidenti Vladimir Putin üçün daha böyük siyasi əhəmiyyət kəsb edir.

“Yeni Gundem” xəbər verir ki, bu barədə “Forbes” jurnalı yazıb.

“Putinin himayədarı olan Tehran Ukrayna “Patriot”una bu cür hücumu alqışlayacaq, çünki bu onun texnologiyasının ABŞ-da hazırlanmış ən qabaqcıl hava hücumundan müdafiə sistemlərindən birini zərərsizləşdirə biləcəyini göstərəcək. İran ordusunun Rusiyaya plan hazırlamağa və hücum həyata keçirməyə kömək etməsi təəccüblü deyil”, – deyə məqalədə bildirilib.

“Forbes” yazıb ki, Ukrayna Silahlı Qüvvələri “Patriot”u Kiyevdə qursa, o zaman Rusiya onu məhv etmək üçün görünməmiş sayda “Şahid”lər və qanadlı raketlər buraxa bilər: “Beləliklə, Kreml açıq şəkildə bildirəcək ki, ABŞ və müttəfiqlərinin Ukraynanın hava hücumundan müdafiəsini gücləndirmək cəhdlərinə baxmayaraq, onun hücumlarını dayandırmaq mümkün deyil”.