Pediatr Təranə Bağırova konfransda məruzə ilə çıxış etdi –  FOTObackend

2 iyul tarixdə “Sağlamlığın Qorunması” ictimai birliyi Gədəbəy rayonunda “İnsan sağlamlığını təhdid edən xəstəliklər barədə maarifləndirmənin keçirilməsi” adlı konfransını keçirib.

“Yeni Gündəm”in məlumatına görə, konfransda Modern Hospitalın pediatrı dr. Təranə Bağırova tərəfindən “Pediatriyada Hepatit B”, mövzusu məruzə edilib.

Uşaqlarda Hepati B virusunun yayılması və profilaktikası haqqında geniş məlumat verilib. Hepatit B-nin profilaktikasında peyvəndin əhəmiyyətini vurğulayıb.
Hepatit B peyvəndi vurulması dövlət kalendarına 2000-ci ildə əlavə edilmişdir. 2000-ci ildən əvvəl doğulanlarda isə peyvənd könüllü şəkildə aparılır.
Sonda mövzu ilə əlaqədar suallar və təkliflər səsləndirildi.