Çin lideri Si Cinpini yenidən diktator adlandıran prezident Co Baydenin bəyanatına Pekin reaksiya verib.
Çin Xarici İşlər Nazirliyinin sözçüsü Mao Ning bu bəyanatı məsuliyyətsizlik kimi qiymətləndirib. Bayden San-Fransiskoda onunla dörd saatlıq söhbətdən sonra Çin liderinin ünvanına söylədiyi sözlərdən geri çəkilməyib.
“Bu bəyanat son dərəcə yanlış və məsuliyyətsizdir. Çin qətiyyətlə siyasi manipulyasiyaya qarşıdır”, – RİA Novosti Mao Ninqin sözlərini sitat gətirib.
Bundan əvvəl Çinin xarici işlər naziri Vanq Yi San-Fransiskoda keçirilən görüşün mühüm strateji əhəmiyyətini bəyan etmişdi: “İki ölkənin liderləri üzbəüz dərin fikir mübadiləsi aparıb, bir-birini düzgün başa düşmək, fikir ayrılıqlarını düzgün idarə etmək, dialoq və əməkdaşlığı təşviq etmək kimi ən mühüm məsələlər ətrafında fikir mübadiləsi aparıblar. Fələstin-İsrail münasibətləri, Ukrayna böhranı, iqlim dəyişikliyi, süni intellekt məsələləri əsas qlobal çağırışlara dair fikirlərdir” bütün bunlar Co Baydenin bəyanatı ABŞ və Çin liderləri arasında San-Fransisko ətrafında 4 saatlıq söhbətdən sonra keçirilən mətbuat konfransında səsləndirilib.
Jurnalistin Si Cinpini hələ də diktator hesab edib-etməməsi ilə bağlı sualına Amerika prezidenti müsbət cavab verib.
Onun sözlərinə görə, Si Cinpin siyasi quruluşu ABŞ-dan tamamilə fərqli olan kommunist ölkəyə rəhbərlik edir. Eyni zamanda Bayden bildirib ki, Çin lideri ilə danışıqlar zamanı müəyyən irəliləyiş əldə olunub.
Bayden sonuncu dəfə İyun ayında ABŞ ərazisi üzərində vurulan Çin şarının mövzusu müzakirə edilən zaman Si Cinpini diktator adlandırmışdı. Pekin daha sonra belə bəyanatların ikitərəfli münasibətlərə ciddi ziyan vurduğu barədə bəyanat yayıb.
Mənbə: mail.ru
Aynur Camal