Pərvin Səfərov da həkimlərə dəstək aksiyasına qoşuldu – Videobackend

Dünyanın bəlasına çevrilən koronavirusla mübarizədə tibb işçilərinin rolu misilsizdir. Çox təəssüf ki, bəzi ölkələrdə tibb işçiləri də virusun qurbanına çevrilir.

Həm dünyada, həm də ölkəmizdə tibb işçilərinin əməyi böyük dəyərləndirilərək, onlara dəstək kampaniyaları keçirilir. Bu kampaniyaya sənətçilər də qoşulub. Onlardan biri də ifaçı kimi məşhurlaşan çoban Pərvin Səfərovdur.

Musavat.com bildirir ki, sənətçi Şövkət Ələkbərovanın repertuarından olan məşhur “Ağ xalatlı həkimlər” mahnısı ifa edərək, hər kəsi tibb işçilərinə dəstək olmağa, evdə qalmağa çağırıb:

“Əziz Azərbaycan xalqı, hər zaman həmrəy olduğumuz kimi, gəlin bu gün də həmrəy olaq, bütün dünyanı cənginə alan bu koronavirusla mübarizə aparan dövlətimizə və həkimlərimizə dəstək olaq. Sadəcə deyilənlərə riayət edək, məcbur olmadıqca evlərimizdən çıxmayaq.
Mən də “Ağ xalatlı kəkimlər” mahnısını ifa edərək, fədakar həkimlərimizə dəstək olmağı özümə borc bildim. Biz birlikdə güclüyük!”
Pərvin Səfərovun ifasını aşağıdakı linkdən izləyə bilərsiniz.